Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya ordusunun Dneprdəki tibb müəssisəsinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə prezident Vladimir Zelenski Telegram-da məlumat verib.
“Rusiya terrorçuları humanist və vicdanlı hər şeyə qarşı döyüşçü statuslarını bir daha təsdiqləyirlər. Dnepr şəhərindəki klinikaya raket hücumu. Hazırda bir nəfər ölüb, 15 nəfər yaralanıb”, – o deyib.
Zelenskinin sözlərinə görə, atışmanın nəticələrinin aradan qaldırılması və zərərçəkənlərin xilas edilməsi yerində davam edir, bütün lazımi xidmətlər cəlb olunub.
E.ŞİRİNOV