Xalq artisti xəstəxanadan evə buraxılıb

Oxunma sayı: 842

RSFSR xalq artisti Mixail Boyarski xəstəxanadan evə buraxılıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a Lensovet teatrından məlumat verilib. Tamaşa zamanı səhnədən yıxılan aktyor xəstəxana çarpayısına düşüb.

“Mixail Sergeyeviç artıq evdədir. O, aprelin 27, 29-da oynamağı planlaşdırır. O, evə göndərilib, müalicəsi ambulator şəraitdə gedir”, – agentliyin mənbəsi bildirib.

Əvvəllər həkimlər Boyarskiyə bir ay səhnəyə çıxmaqdan çəkinməyi tövsiyə etmişdilər. Aktyor “Romeo və Cülyetta”nın quruluşunda Hersoq Eskalanı canlandırır; onun səs yazısı 18 apreldə teatrda tamaşaya daxil edilib.

2023-cü ilin sonunda Mixail Boyarski ürək tutması ilə xəstəxanaya yerləşdirildi; bir neçə ay sonra stentlər qoyuldu. 2025-ci ilin yanvarında o, ürəyin işemik xəstəliyi ilə xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May