Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2026 / 16:30

Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi Fatimə Hüseynova rus raketinin qurbanı oldu

Ötən axşam Xarkov Milli Tibb Universitetinin 1-ci Tibb fakültəsinin 6-cı kurs, 5-ci qrup tələbəsi Hüseynova Fatimə İlyas qızı Rusiyanın Xarkova atdığı dron və raket hücumları zamanı faciəli şəkildə vəfat edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, 23 yaşlı Fatimə insanların sağlamlığında xidmət etmək yolunu seçən gələcəyin həkimi olmaq istəyirdi. O, inadla bilik qazanıb, həyatını tibbə həsr etməyi və insan həyatını xilas etməyi arzulayırdı. Mehriban, səmimi, məsuliyyətli, savadlı və qayğıkeş olan Fatimə muallimlərinin, qrup yoldaşlarının, dostlarının və onu tanıyan hər kəsin yaddaşında əbədi olaraq qalacaqdır.

Allah rəhmət eləsin! Təəssüf!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!