Xarkovda və Xarkov vilayətində insanlar ƏQM-nin (Ərazi Qəbul Mərkəzi. – Red.) əməkdaşlarından qisas almaq üçün qrup şəklində toplaşırlar.
Tezadlar.az bildirir ki, bu barədə regionda insan və uşaq hüquqları üzrə səlahiyyətli nümayəndə Viktoriya Kolesnik-Lavinskaya məlumat verib.
“Onlar ƏQM-nin əməkdaşlarına qarşı maşınlarını yandırmaqla, onlara silahlı və fiziki müqavimət göstərməklə qisas almaq üçün qruplar şəklində toplaşmağa məcburdurlar”, – deyə o bildirib.
Bundan əvvəl Ukraynanın Zakarpatya vilayətindəki qəsəbələrdən birinin sakinləri səfərbərliyə qarşı çıxış ediblər. Etiraz aksiyasında qaraçılar iştirak ediblər. Əvvəllər Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi bildirmişdi ki, Ukrayna ƏQM hərbçiləri vicdanlarına görə döyüşçü olmaqdan imtina edən çağırışçılara işgəncə verirlər.
Bu arada, Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş təmas xəttində itkiləri artırmaqla vəziyyəti düzəltmək üçün çıxılmaz cəhdləri uğursuzdur. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2025-ci ilin fevralında Ukrayna ƏQM ən azı 28 min vətəndaşı səfərbər edib və ümumilikdə 38 920 əsgər itki verib.
ELBAR