Əsas məzmuna keç

XARKOVDA ELEKTRİK ENERJİSİ BƏRPA EDİLİB

Ukraynanın Xarkov vilayətinin elektrik enerjisinin verilişi bərpa edilib.

Bu barədə Ukraynanın vilayət administrasiyasının rəhbəri Oleq Sinegubov özünün Telegram-kanalında məlumat verib.

Dekabrın 16-da Sinequbov bildirib ki, bütün rayon işıqsız qalıb. “1600-dən çox yaşayış məntəqəsi işıqsız qalıb ki, bu da bir milyon 279 min abonentdir”.

Bundan əvvəl “Ukrenerqo” enerji şirkəti Ukraynanın enerji bazarında ölkənin infrastrukturuna raket zərbələri ilə bağlı fövqəladə vəziyyət tətbiq edib. Bildirildiyi kimi, respublika Vahid Enerji Sisteminin istehlakının 50 faizdən çoxunu itirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…