Əsas məzmuna keç

Xavi: “Pedri yox, Barselonanı gələcəyə aparacaq Yamal olacaq

Müsahibə zamanı Xavi Hernandesdən 2025-ci ilin ən sevimli oyunçusunu müasir futbolun ulduzları arasından seçməsi istənilib və eyni zamanda onun “Barselona”ya sadiqliyi yoxlanılıb.

Tezadlar.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, əvvəlcə Niko Uilyamsı seçib, sonra Rafinyaya keçib, lakin gözlənilmədən PSJ-dən Vitinyanın adını çəkib. Bununla belə, növbəti turda Xavi tərəddüd etmədən yenidən Pedrinin adını çəkib, hətta onu Mbappe və “Qızıl top” Dembeledən də üstün tutub.

Lakin son seçim hamını təəccübləndirib: Pedri və Lamin Yamal arasında əfsanəvi keçmiş futbolçu Yamalı seçib və bununla da “Barselona”nın gələcəyini kimin hesab etdiyini təsdiqləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…