Əsas məzmuna keç

XERSON VİLAYƏTİNİN DAVİDOV BROD KƏNDİNDƏ UKRAYNA BAYRAĞI QALDIRILIB

Xerson vilayətində, Berislav rayonunun Davidov Brod kəndində Ukrayna bayrağı qaldırılıb.

Bu barədə Ukrayna Müdafiə Qüvvələrində xidmət edən Ukraynanın xalq deputatı Roman Lozinski “Facebook” səhifəsində məlumat verib.

“Davidov Brod! Qaytarıldı! Bayrağımız yenicə qaldırıldı! Demək olar ki, doğmadır. Rusiya işğalına məruz qalmışdı. Qələbədən sonra Ukraynanın cənubuna səyahətimizin incilərindən birinə çevriləcək. Məni İnqulets çayında qarşılayın!” – deyə o yazıb.

Lozinski 35-ci briqadanın dəniz piyadalarının kənddəki qüllədə Ukraynanın Dövlət bayrağını sancdığı videonu yayıb.

Qeyd edək ki, hazırda Davidov Brod kəndinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi ilə bağlı məlumatın rəsmi təsdiqi yoxdur.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…