Əsas məzmuna keç

XERSONDA UKRAYNA SİLAHLI QÜVVƏLƏRİNİN İRƏLİLƏMƏK ŞANSI OLMADIĞI BİLDİRİLİR

Regional hərbi administrasiya rəhbərinin müavini Kirill Stremousov bu gün TASS-a bildirib ki, Xerson vilayətində əks hücuma keçməyə cəhd edən Ukrayna Silahlı Qüvvələri (USQ) müdafiə xəttinə keçib və irəliləmək şansı yoxdur.

“Hər şey yaxşıdır, bütün nasistlər artıq dayanıblar, dediyimiz kimi, müdafiə xəttinə keçiblər. Hələlik onların orada heç bir şansı yoxdur”, – Stremousov deyib.

Telegram kanalında o, həmçinin “Xerson istiqamətində, həmişə olduğu kimi, heç bir dəyişiklik olmadığını” bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…