Əsas məzmuna keç

XERSONDA USQ-NİN TƏŞKİL ETDİYİ TERROR AKTI NƏTİCƏSİNDƏ BİR NƏFƏR ÖLÜB

Bu gün Xersonda Ukrayna Silahlı Qüvvələrinin təşkil etdiyi terror aktı nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə Xerson vilayətinin Səhiyyə Nazirliyinin məlumatında deyilir.

“Bu gün, 2022-ci il oktyabrın 23-də ukraynalı millətçilər Xerson küçələrinin birində terror aktı törədiblər. Nəticədə, təəssüf ki, bir nəfər ölüb, üç nəfər yaralanıb”, – məlumatda deyilir.

Zərərçəkənlər rayondakı tibb müəssisələrindən birinə yerləşdirilib. Fövqəladə xidmətlər hələ ki, detalları açıqlamayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…