Əsas məzmuna keç

Xəzər dənizində hərbçilərin ölümü ilə bağlı 300 nəfər dindirilib, 8 vəzifəli şəxs həbs edilib

Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin hərbi istintaq orqanları Manqistau vilayətində təlimlər zamanı hərbi qulluqçuların ölümü ilə bağlı cinayət araşdırmalarını davam etdirir.

Faciənin bütün hallarını hərtərəfli və obyektiv şəkildə müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri həyata keçirilib.

QR Baş Prokurorluğunun məlumatında deyilir: “Bu günə qədər 300-dən çox şəxs dindirilib, 30-dan çox məhkəmə-tibbi ekspertizası və tədqiqat aparılıb”.

Xatırladaq ki, istintaq çərçivəsində səhlənkarlıq və naviqasiya qaydalarının pozulması şübhəsi ilə məhkəmənin qərarı ilə 8 vəzifəli şəxs həbs edilib: Silahlı Qüvvələrin Hərbi Dəniz Qüvvələrinin baş komandanı, onun birinci müavini, döyüş hazırlığı üzrə müavini, iki hərbi hissənin, bir batalyon və dəniz piyadaları bölüyünün komandirləri, eləcə də qayıq kapitanı.

Cinayət Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq, digər məhkəməyəqədər istintaq məlumatları açıqlanmır.

Nəzarət orqanı bildirib ki, “İstintaq hərəkətlərinin tezliklə başa çatması və cinayət prosesinin iştirakçılarının iş materialları ilə tanış edilməsi gözlənilir. İstintaq Baş Prokurorluğun xüsusi nəzarəti altındadır”.

Xatırladaq ki, 24 sentyabr 2026-cı ildə QR Manqistau bölgəsində Xəzər dənizi sahilində keçirilən hərbi dəniz təlimləri zamanı 14 nəfər həlak olub.

Daha sonra hərbçilərin ölümü ilə bağlı cinayət işi açılıb. Baş nazirin əmri ilə hökumət komissiyası yaradılıb.

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…