Tanınmış Pedaqoq Almaz Həsrət sosial media hesabında yazır: “Gərgin işlə əlaqədar TV-yə çox vaxt baxa bilmirəm. Bəzən TV-ni açıb arada maraqlı bir verilişi izləmək istəyirəm. Hazırda Xəzər TV də “Bağ havası” verilişi gedir. Təəssüf etdim… Səbəb aparıcının davranışı. Təəssüflər olsun gördüyümü yazmalı oluram, demək Məleykə Əsədovaya həsr olunmuş bir veriliş imiş.
Otağa Xalq artisti Niyaməddin Musayev dəvət edilir. Aparıcı xanım ayağı-ayağının üstündə necə oturubsa, heç yerindən belə tərpənmir və elə o oturduğu vəziyyətdə də Niyaməddin Musayevi salamlayır. Ayağa duran sənətkarlara belə fikir vermir, yenə də ayağı-ayağı üstündə oturmağında davam edir.
Çox təəssüf.
Təəssüflər olsun ki, o aparıcı qadın böyük-kiçikliyi, yüksək mədəniyyəti hələ də dərk etməyib. O boyda insanı, o boyda şəxsiyyəti, Xalq artistini ayağa durub qarşılamadı.
Biz şagirdlərə yaşca özündən böyük olan insanın otağa daxil olduğu vaxtda, ata, babanın otağa daxil olması zamanı hörmət əlaməti olaraq ayağa durmağın vacib davranış qaydası olduğunu aşılayırıq.
Ancaq….Nə fayda… Efirə baxanda bəzi düşüncəsi zəif olan aparıcıların üzündən bu cür yüksək mənəviyyatlı mədəniyyət, uyğunsuz davranış və milli dəyərlər öz çəkisini itirir. Heyf, çox heyf…”.
Sitatın sonu!







