Əsas məzmuna keç

XİN İSRAİL SƏFİRİNƏ ÖLKƏ NÜMAYƏNDƏLƏRİNİN RUSİYA İLƏ BAĞLI AÇIQLAMALARININ QƏBULEDİLMƏZ OLDUĞUNU BİLDİRİB

İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zviyə məlumat verilib ki, İsrail rəsmi nümayəndələrinin Rusiya əleyhinə bəyanatları qəbuledilməzdir.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live”-in efirində bildirib.

“İsrailin rəsmi nümayəndələrinin Rusiya ilə bağlı səsləndirdiyi bəyanatlara gəlincə, bu, qəbuledilməzdir və bu barədə İsrailin Moskvadakı səfiri məlumatlandırılıb”, – diplomat bildirib.

Bundan əvvəl İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan “Ynet”-ə müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzinin insan haqları və beynəlxalq hüquqla bağlı İsrailə ünvanladığı bəyanatları “gülünc” adlandırıb və digər sərt açıqlamalar da verib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…