19 Aprel 2026 / 14:46

Xoşbəxt Qadınlar Qrupunun rəhbəri Elnar haqqında görün nələri yazdı- ŞOK

Neçə gün əvvəl qadınları iş adı ilə Türkiyəyə aparıb fahişəliyə məcbur edən, sonradan həbs olunan  Elnar adlı qadın haqqında inanılmaz faktlar üzə çıxmaqdadır… Tezadlar.az xatırladır ki, Xoşbəxt Qadınlar Qrupunun rəhbəri Aynur Qurbanqızı özünün qrup statusunda yazır: “…Sevgilisinin ona aldığı bahalı hədiyyələrlə, saysız-hesabsız gül dəstələri ilə ərindən 5 manat alana kimi canı çıxan xanımlara göz dağı verən Elnar adlı bu qadın sosial media ulduzlarındandır. Ulduz deyərkən də, düşünməyin ki, nəsə zəhmət çəkib izləyicilər üçün maraqlı kontent -zad hazırlayır. Yox, sadəcə pullu sevgilisinin hədiyyələri ilə poz verib şəkillər paylaşır, bir az da sinəni, oranı-buranı açdın, yetər, onsuz da səni minlərlə bəyəndim edərək “ulduz” edirlər.
 Yoxsa, mənim kimi saatlarla əziyyət çək video, yazı hazırla, baxırlar, amma əziyyət hesab edirlər bir bəyəndim düyməsini vurmağa. Araya salıb sizə də bir “söz atdığıma” görə keçim əsas mətləbə 😊
XXX

Dəyəri 1000 manatdan bahalı güllər, 10 mindən yuxarı zinət əşyaları, brend çantalar, ətirlər və s. Kənardan baxanda “İlahi, necə şanslı qadındır, necə sevilir” deyə Ah çəkəcəyiniz qadın….  Amma bir neçə gün öncə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Və həbs olunub. Məlum oldu ki, özü azmış kimi, başqa qadınları da kişilərlə görüşdürürmüş, Türkiyəyə aparıb satırmış.
Mən heyrət içindəyəm.  Əgər bu qadın varlı bir kişi tərəfindən bu cür sevilir və dəyər görürsə, axı o niyə əxlaqsızlıq edir? Buna nə ehtiyac var? Keçmişi silib özünə yeni, təmiz səhifə aça bilməzdimi?!  Yox, ruhu fahişədir, dayana bilmirsə, o zaman ağlımı başqa suallar qurcalayır.
Ona bu bahalıqda hədiyyələr göndərən kişi bəs hansı ağıldadır? Yəni, ölkədə başqa qadın yoxdurmu? O qədər gözəl, əxlaqlı, sevilməyi, dəyər görməyi hak edən və bir kişini sədaqəti-sevgisi ilə xoşbəxt edəcək qadın varkən, niyə məhz belə qadınlar dəyər görür?!”.

Bəli, bu həm də qadınlara müraciətdir! Eşidib- oxuyub nəticə çıxarmaq üçün!

IMG

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!