Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb. Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 6 kiloqram heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
Qeyd edək ki, cari il ərzində Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
R.XUDATQIZI