Əsas məzmuna keç

YAŞA GÖRƏ PENSİYA MƏBLƏĞİNİN AZLIĞINDAN ŞİKAYƏTÇİLƏRƏ ŞAD XƏBƏR

2023-cü il yanvarın 1-dən Azərbaycanda  yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat müəyyən edilib.

Tezadlar.az Prezidentin rəsmi saytına istinadla bildirir ki, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb.

Beləliklə, sosial mediada yaşa görə sosial müavinətin azlığından şikayət edənlər artıq narahat olmaya bilərlər. Bu da dövlətin yaşlı təbəqəyə sosial qayğısının bir formasıdır.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…