Əsas məzmuna keç

YASAMALDA 10 KİLOQRAM NARKOTİK VASİTƏ QANUNSUZ DÖVRİYYƏDƏN ÇIXARILIB

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib.

DİN-in mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram  psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.

 R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…