Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-dən Tezadlar.az-a bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.







