Əsas məzmuna keç

Yatmaqla 14 min dollar qazandı

Yaponiyada qeyri-adi yuxu yarışması keçirilib. 

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Tokioda onlarla iştirakçı xüsusi yuxu izləmə cihazlarından istifadə edərək kimin daha tez və daha yaxşı yuxuya gedə biləcəyini müəyyən etmək üçün yarışıb.

Sensorlar onların yuxu rejimlərini qeyd edərkən iştirakçılara 90 dəqiqəyə qədər istirahət verilib. Baş mükafat 2 milyon yendən çox – təxminən 14 min dollar olub.

Müsabiqəni döşək istehsal edən şirkət təşkil olunub. Şirkət qeyd edib ki, müsabiqə Yaponiyada yuxu çatışmazlığı probleminə diqqət çəkmək məqsədi daşıyıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2021-ci il üçün məlumatlarına görə, Yaponiya sakinləri gecə orta hesabla 7 saat 24 dəqiqə yatıblar ki, bu da sorğuda iştirak edən ölkələr arasında ən aşağı göstəricidir.

Suimii təxəllüsü ilə tanınan qalib qazandığı pulu səyahətlərə və yeni çarpayı almağa xərcləyəcəyini söyləyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…