Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Fevral 2026 / 15:07

YAZIÇILAR EVİ TƏMİR EDİLƏRƏK NİYƏ AYB-YƏ YOX, HƏMKARLAR İTTİFAQINA VERİLİB?

…Hələ Sovetlərin vaxtında Şüvəlanda yazıçılara xidmət edən yaradıcı bir məkan var idi… Nəhayət, həmin Yazıçılar Evi təmir olundu, amma bu dəfə Yazıçılar Birliyinə yox, Azərbycan Həmkarlar İttifaqına verilib. Tanınmış yazıçı-lurnalist İlqar Əlfioğlu bu barədə etirazlı post yazıb.
Tezadlar.az təqdim edir: “Mən bir şeyi anlamadım: Şüvəlandakı Yazıçılar Evi təmir olunub, sonra da respublika Həmkarlar İttifaqına verilib.
Görəsən orda yazıçıların güzəştli istirahəti, yaradıcılıqla məşğul olması nəzərdə tutulub, yoxsa, elə qalan istirahət mərkəzləri kimi pul qazanmağa hesablanıb? Onun idarəciliyində Yazıçılar Birliyinin iştirakı var, yoxsa, ad onların, dad özgələrindi?
Məlumat üçün yazım ki, əvvəlki yaradıcılıq evində yazıçılar pulsuz, ailələri 75 faiz güzəştlə dincəlirdi…
Və ən vacib sual: Yaradıcılıq Evinin 70-ci illərədək rəhmətlik Əziz bəyin 19-cu əsrin sonlarında tikilmiş gözəl ikimərtəbə malikanəsində yerləşdiyini xatırladaraq, sual edirəm: memari dəyəri olan o malikanəni bərpa ediblər, yoxsa, köhnə Bakı kimi onu da dağıdıblar? Şəklə baxanda, tapa bilmirəm…
Üç hektar ərazidə yerləşdiyini nəzərə alanda, bəllı olur ki, yaradıcılıq evinin əsas sahəsi ixtisara düşüb. Uşaqlıq yaddaşımdan deyə bilərəm ki, onun sahəsi 6-7 hektar olardı… Zəhmət olmasa, bilənlər yazşın, nigaranlıqdan qurtaraq”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!