1 May 2026 / 11:37

Yeni Klinikaya Zəhra Vəzirova rəhbərlik edəcək -TƏBİB-dən yeni təyinat

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

Bu barədə Tezadlar.az -a TƏBİB-dən məlumat verilib.

Həmin tibb müəssisələrindən biri də Yeni Klinikadır.

Bildirilib ki, Yeni Klinikaya Tibb üzrə fəlsəfə doktoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Vəzirova Zəhra Şamil qızı direktor təyin edilib.

Z.Vəzirova 1998–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-reanimatoloq kimi, 2005–2012-ci illərdə həmin tibb müəssisəsinin İntensiv terapiya və reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012–2018-ci illərdə Milli Onkologiya Mərkəzində Reanimasiya, həmçinin Anesteziologiya və reanimasiya şöbəsinə rəhbərlik edib.
2019–2024-cü illərdə isə İ.M.Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.
2023–2025-ci illər ərzində Azərbaycan Respublikasının Reanimotoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. 2020-ci ildən Azərbaycan Tibbi Simulyasiya Tədrisi Assosiasiyasının İcraçı direktoru, 2024-cü ildən “Society in Europe for Simulation Applied to Medicine” (SESAM) təşkilatının üzvüdür. Z.Vəzirova 55-dən artıq elmi nəşrin müəllifidir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!