Əsas məzmuna keç

Yeraltı parklama yerlərinə hansı qurum cavabdehdi?

…Mən AYNA bilirdim. Deməli əlacsız qalıb bu gün qış parkının altıdakı parklamaya daxil oldum. Problem girişdə başladı. Xeyli sürdüm və ancaq icarəyə verilmiş avtotəmir obyekləri, maşınyuma yerləri və s. satış və ximət obyektlərin gördüm. Parklama yerinə getmək üçün nə bir istiqamət göstərən işarə vardı nə yazı. Bir iki dəfə səhv yerlərə gedib çıxdım. Nəhayət bir nəfər əməkdaş tapdım və məni demək olar müşayət etdi parklama yerinə qədər. Bu hələ başlanğıc idi. Piyada çıxışı üçün yol tapa bilmədim. Bir iki pilləkənlə qalxdım gördüm lentlə bağlanıb. Avtomobil yolu ilə qalxdım birinci qata. Ordan soraqlaşıb bir yol tapdım. Avtomobili Milli Dram Teatrına yaxın yerdə saxlasam da Heydər Əliyev sarayının arxasıdan çıxış tapıb çıxdım. Əsl komediya qayıdanda başladı. Deməli ödəniş yerlərinin hamısının üstünə kağız yapışdırblar ki, işləmir. Uzun axtarışdan sonra bir nəfər dedi ki, 11 c-yə get orda var. Getdim, ora da işləmirdi. Nəhayət bir əməkdaş tapdım. Sağ olsun uzun yol getdi mənimlə bir yer tapıb ödənişi elədim. Mənə biri deyirki, proqram var onunla ödə. Mən də AYNA-nın proqramlarına yaxşı bələdəm deyə heç bir rəqəmsal əlavədən istifadə etmirəm.Sonra 13 dəqiqə filan fırlandım çıxış tapmağa. Nə yerdə işarə yoxdu, həm də yuxarıda. Biriki yer tapdım giriş idi. Nəhayət labirintdən çıxdım.
Normal şəhərlərdə belə yerlər meriya adlanan quruma aid olur, yaxud da özəl. İndi bu boyda obyekti hissə-hissə veriblər icarəyə, qalan yerlər qopub tökülür deyə lentlə bağlayıblar. Piyada giriş-çıxışı da bir ayrı dərddi. Ordan nə kolyaskalı valideyn,nə də əlilliyi olan şəxslər istifadə edə bilməz. Yaxşı ki aşağıda əlilliyi olan şəxslər üçün ayrılmış yer görmədim (bəlkədə var). Açıq parklamalada əlilliyi olan şəxslər üçün yer qoyublar, amma bunun əlilliyi olan şəxslərə dəxli yoxdu. O cərimə yazmaq üçündür. Paho, bunlar məhdudiyyətli vətəndaşlarımızın və qonaqların qayğısına qalır guya. Belə…
Sahib Məmmədov,
QHT rəhbəri
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…