Əsas məzmuna keç

YEVLAXIN BAŞÇISI MÜAVİNİNİ VƏZİFƏSİNDƏN AZAD ETDİ

Yevlax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Bu barədə icra başçısı Anar Tağıyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, başçının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri Kərimxanov Ceyhun Əhəd oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl Yevlax Rayon İcra Hakimiyyətində iki müavin vəzifəsi də vakant idi. Hazırda A.Tağıyevin bir müavini var. 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…