Əsas məzmuna keç

Yubileyiniz mübarək, Zemfira xanım!

…Haqqınızda o qədər xoş sözlər yazılıb, deyilib ki, düşünürəm, unudulanları qalmayıb. Elə mən özüm də hər il ad gününüzdə üvanınıza söylənən xoş sözlərin sayını artırmağa çalışmışam. Şöhrətin sevincini də dadmısınız, hörmət də görmüsünüz, qismətinizə nüfuz da düşüb, mükafatlarınız da öz yerində… Xülasə, hər gün yuxudan oyanıb, ilk gördüyünüz adam ömür-gün yoldaşınız Qulu Məhərrəmli olsun! Balalarınızın uğurlarına baxıb fərəhlənəsiniz. Ruziniz bərəkətli, canınız sağlam, ovqatınız xoş, görkəminiz həmişə təravətli olsun!
Allah qarşısında məqamınız o qədər yüksək olsun ki, könlünüzdən keçən hər bir arzunuzu çin eləsin! Dərddən, qəmdən, kədərdən daim uzaq olasınız. Və ömür-gün yoldaşınızla bərabər çox yaşayasınız!..

70 yaşınız mübarək, əziz və hörmətli Zemfira xanım!
Elman Eldaroğlu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…