Əsas məzmuna keç

YUSİF MUSTAFAYEV O DÜNYAYA “ƏLİBOŞ” GETMƏK İSTƏMİR – ARZUSU “XALQ ARTİSTİ” ADI ALMAQDIR

“O hansı əsgərdir ki, general olmaq istəmir… “

“Əməkdar artist” Yusif Mustafayev ən ümdə arzularından birinin “Xalq artisti” adını almaq  olduğunu bildirib.

“TEZADLAR.AZ”  xəbər verir ki, müğənni bu arzusunu ARB kanalında yayımlanan “Günə bax” verilişində dilə gətirib.

“Ən ümdə arzularımdan biri budur. Nə qədər ömrüm varsa, ya Allah. Amma həyatdan köçəndə Xalq artisti kimi köçməyi arzulayıram”, – deyə vurğulayıb.

Niyə də yox, yəqin ki, Yusif Mustafayev son illər “Xalq artisti” adının kimə gəldi verildiyini görüb deyə o da özünü bu ada iddialı sayır.

Hər bir əsgərin general olmaq istəyinə gəldikdə isə, gərək o əsgər məşhur generalların yolunu gedə biləcək yol keçsin ki, bu xəyalı da qura bilsin!   

 

Y.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…