Əsas məzmuna keç

Zaxar Volkov: “Agentim dedi ki, ‘Qarabağ’ istəyir, amma artıq söz vermişdim”

“ML Vitebsk” klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov bildirib ki, bu mövsüm “Qarabağ” klubunda oynamaq imkanı olub.

Tezadlar.az xəbər verir ki, o, bu barədə ölkəsinin mediasına müsahibəsində bildirib.

“ML” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm,” – deyə Volkov bildirib.

Qeyd edək ki, Volkov bu yay “Vitebsk” klubuna Rusiya “Arsenal”ından keçib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…