Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Oktyabr 2022 / 10:54

ZAXAROVA: QƏRB UKRAYNANI BƏRPA ETMƏK FİKRİNDƏ DEYİL

Kiyev Qərbdən yalnız Ukraynanın dağıdılması üçün pul alır, onun sponsorları bərpa etməkdə maraqlı deyil, sadəcə ölkənin “qalıqlarını” bölməkdədir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında yazıb.

Belə ki, o, Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin Ukraynanın sürətli bərpası planının həyata keçirilməsinə bir sent də ayırmaması ilə bağlı bəyanatlarını şərh edib. “Hələ ki, Kiyev rejimi yalnız Ukraynanın dağıdılması üçün pul alır. Qərb ölkəni kifayət qədər dağıdılmış hesab edəndə, o zaman başqa hekayə başlayacaq. Yalnız bərpa yox, qalıqların bölünməsi”, – diplomat qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!