ABŞ Ukraynanın yeraltı və nadir torpaq metalları ilə bağlı müqavilə şərtlərini daim dəyişir.
Tezadlar.az “Strana.ua”-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfi müvafiq razılaşmaya “təmkinlə yanaşır, əsəbi deyil və baxmaq istəyir”.
“Nəticə haqqında danışmaq hələ tezdir. Ukraynanın ABŞ-la əməkdaşlıq tərəfdarı olması vacibdir, ona görə də biz hər gün konstruktiv hərəkət edirik”, – dövlət başçısı bildirib.
O, həmçinin vurğulayıb ki, yerin təki və nadir torpaq metalları üzrə sazişin yekun variantı yoxdur.
Martın 27-də Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna ilə ABŞ arasında saziş layihəsinə istinad edərək, bu sənədin neft və qaz da daxil olmaqla bütün faydalı qazıntılara təsir edəcəyini bildirib. Onun sözlərinə görə, Kiyev və Vaşinqton arasında razılaşma həm yeni, həm də artıq işlənməkdə olan bütün faydalı qazıntılara aiddir.
Cümə axşamı Ukrayna prezidentinin aparatının rəhbərinin müavini İqor Jovkva bildirib ki, onun ölkəsi ABŞ-la yerin təki və nadir torpaq metalları ilə bağlı müqavilə bağlamaq üçün bəzi qanunlara dəyişiklik etməlidir. O qeyd edib ki, Ukrayna öz qanunvericiliyinə ən qısa zamanda düzəlişlər etməyə çalışacaq.
ELBAR