17 May 2026 / 15:20

Zelenski dediyini etdi- Moskva vilayətinə zərbələri “Ədalətli cavab” adlandırdı!

Üç gün əvvəl Rusiyanın Kiyevə raket zərbəsi zamanı 30- a yaxın mülki şəxs öldürülmüşdü… Həmin vaxt Zelenski söz vermişdi ki, Putin cavabını alacaq. Elə də oldu, Ukraynanın “uzaqmənzilli sanksiyaları” Moskva regionuna çatıb və ruslara onların dövlətinin müharibəni dayandırmalı olduğunu açıq şəkildə göstərib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında paylaşım edib. O bildirib ki, bunlar “Rusiyanın müharibəni uzatmasına və şəhərlərimizə, əyalətlərimizə endirdiyi zərbələrə tamamilə ədalətli cavabdır. Bu dəfə Ukraynanın uzaqmənzilli sanksiyaları Moskva regionuna çatdı və biz ruslara açıq şəkildə deyirik: onların dövləti öz müharibəsini dayandırmalıdır”.

Zelenski əlavə edib ki, növbə Kremlin mərkəzi- Putinin bunkeri olacaq…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!