Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Latviyadakı səfiri Anatoli Kutsevanı vəzifəsindən geri çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə fərman oktyabrın 7-də imzalanıb. Sənəddə Kutsevanın Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri postundan azad edildiyi qeyd olunub.
Onun geri çağırılma səbəbləri və yerinə kimin təyin ediləcəyi hələlik açıqlanmayıb.







