Əsas məzmuna keç

ZELENSKİNİN RUSİYA İLƏ DANIŞIQLARDA YENİ ŞƏRTLƏRİ

“Rusiya ilə danışıqlar Ukraynanın işğal olunmuş əraziləri azad edildikdən sonra mümkündür”.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “LCI” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, indi üçüncü şəxslərin çağırışlarına baxmayaraq tərəflər arasında danışıqlar üçün mövzu yoxdur: “Bizi maraqlandıran təkcə öz torpaqlarımızın azad edilməsidir, bundan sonra biz həmsöhbətinə hörmət etməyə və bizə məxsus olanı qaytarmağa hazır olan Rusiya ilə danışıqlara gedəcəyik. Məhz belə bir Rusiya ilə mən danışıqlara hazır olacağam, amma indiki Rusiya ilə deyil”.

Müharibə isə davam edir.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…