Əsas məzmuna keç

“Zelenski Putini görmək istəyirsə, Moskvaya gələ bilər”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna prezidentləri arasında görüşün keçirilməsi ilə bağlı Kremlin mövqeyinin dəyişmədiyini bildirib. Tezadlar.az xəbər verir ki, Peskovun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istəyirsə, Moskvaya gələ bilər. “Putin və Zelenskinin görüşü ilə bağlı mövqeyimiz hər kəsə yaxşı məlumdur.

Putin bildirib ki, Zelenskinin istəyi varsa, Moskvaya gələ bilər və ona təhlükəsizlik zəmanəti veriləcək. O, hansı qərarları verməli olduğunu yaxşı bilir”, – deyə Kremlin sözçüsü bildirib. Qeyd edək ki, Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olduğunu deyib. Zelenski ABŞ prezidentinin üçtərəfli görüşün təşkilinə kömək edə biləcəyini də bildirib: “İstənilən vaxt Putinlə görüşməyə hazıram. Düşünürəm ki, müharibəni başa çatdırmaq üçün hamımız mümkün qədər tez hərəkət etməliyik”, – deyə Zelenski bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…