Ukrayna Moskvanın hücumlarına cavab olaraq, Rusiyanın neft emalı zavodlarına hücumları bərpa edəcək. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Financial Times”a müsahibəsində belə deyib. Zelenski ABŞ Prezidenti Donald Trampın elan etdiyi “enerji atəşkəsi”nə riayət etmək üçün hücumları üç gün müddətinə dayandırdığını vurğulayıb.
Qeyd edək ki, Zelenski bu açıqlamanı ABŞ-ın Ukrayna ordusunun “Starlink”ə girişini məhdudlaşdırması fonunda verib. Rusiya isə, hətta hər gün Kiyevi raketlə vurur…
Səbuhi







