Vladimir Zelenski deyib ki, Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin ləğvi “demokratiya üçün fəlakət olacaq”.
Tezadlar.az xəbər verir ki, bu barədə “Militarist” Telegram kanalı yazır.
Telekanalın məlumatına görə, Ukrayna lideri Parisdə keçirilən sammit zamanı cari gündəmə dair bir sıra açıqlamalar verib.
“Rusiyadan sanksiyaların götürülməsi diplomatiya üçün əsl fəlakət olardı”, – Zelenski bildirib.
Onun fikrincə, Rusiya danışıqları gecikdirir, mümkün qədər çox əraziləri ələ keçirmək üçün vaxt qazanmağa çalışır.
Xüsusilə, Ukrayna lideri qeyd edib ki, Rusiya rəhbərliyinin planları Ukrayna qoşunlarını Kursk istiqamətindən tamamilə sıxışdırıb çıxarmaq, sonra isə Sumı istiqamətində zərbələr endirmək və qoşunları Xarkova, eləcə də Zaporojyeyə aparmaqdır.
Zelenski Rusiya nümayəndə heyətinin Qara dənizdə gəmiçiliyin bərpası ilə bağlı ABŞ-la danışıqlar zamanı irəli sürdüyü şərtləri də “qeyri-real” adlandırıb.
ELBAR