Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın indi Rusiya lideri Vladimir Putinə deyil, ona güvəndiyini bildirib.
Onun sözlərini Tezadlar.az Ukrayna KİV-nə istinadən yazır.
Zelenski Putinin Trampla “həqiqətdən uzaq məlumatı” paylaşdığını bildirib.
“İndi ABŞ prezidenti mənə daha çox güvənir”, – Zelenski brifinqdə əlavə edib.
O, həmçinin Trampla söhbətini “çox yaxşı və ən qənaətbəxş” adlandırıb.
Bundan əvvəl ABŞ lideri Putinə etibar edib-etməməsi sualına birbaşa cavab verməkdən yayınıb. Tramp bu barədə “bir ay ərzində” danışacağını qeyd edib.
E.ŞİRİNOV







