ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində Ukrayna lideri Vladimir Zelenskinin məktubuna istinad edərək onun sosial şəbəkəsindəki paylaşımından danışıb.
Tezadlar.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Facebook-da bildirib.
“Prezidentimiz Vladimir Zelenskinin mesajını prezident Donald Tramp xalqa oxudu və o dedi: “Ona bu məktubu yazdığı üçün təşəkkür edirəm””.
Markarova həmçinin bəyan edib ki, Kiyev çətin vəziyyətdədir, lakin Vaşinqtonla münasibətləri inkişaf etdirməkdə davam edir.
Qeyd edək ki, martın 4-ü axşam saatlarında Vladimir Zelenski X sosial şəbəkəsində mesaj yerləşdirərək, Ağ Evdə Amerika lideri ilə mübahisəyə görə peşman olduğunu bildirib. Donald Tramp daha sonra Ukrayna prezidentindən məktub aldığını bildirib və danışıqlar masasına oturmağa hazır olduğunu bildirib.
ELBAR