Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ukrayna ABŞ-la təbii sərvətlərlə bağlı sazişi bu gün imzalamağa hazırdır”. Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg“ə danışıqların özəl olduğu üçün adının açıqlanmasını istəməyən şəxs deyib. Onun sözlərinə görə, saziş çərçivəsində iki ölkə Ukraynada dağ-mədən sənayesi, enerji və əlaqəli texnologiyalara investisiyaların artırılmasına şərait yaratmağa çalışacaq. “Ukraynanın investisiya layihələrini idarə etmək üçün birgə fondun yaradılmasını nəzərdə tutan saziş layihəsi yekunlaşıb və bu gün imzalana bilər. Ukraynanın İqtisadiyyat naziri Yuliya Svırıdenko imzalanma üçün Vaşinqtona yollanır”, – məsələ ilə tanış olan mənbə bildirib.
Mənbə sazişin Vaşinqtonun Kiyevə dəstəyini gücləndirə biləcəyini vurğulayıb.
Bu arada Rusiya orducu sanki qəsdən Ukrayna ərazilərini, xüsusən də ABŞ-ın maraq dairəsində olan sərvətlər vardır, o əraziləri raket və dron hücumlarına məruz qoymaqdadır.
A.Məmmədli