Vladimir Zelenski və ailə üzvləri 2024-cü ildə 15 milyon qrivnadan çox qazanıblar ki, bu da təxminən 31 milyon rubl təşkil edir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri dərc olunmuş bəyannaməyə istinadən məlumat yayıb.
Zelenskilər vəsaitin böyük hissəsini – səkkiz milyon qrivnadan çoxunu – dövlət daxili borc istiqrazlarının ödənilməsi nəticəsində qazanıblar.
Onlar daşınmaz əmlakın icarəyə verilməsindən, əmanətlər üzrə bank faizlərindən və digər gəlirlərdən daha yeddi milyon əldə ediblər.
Həmçinin qeyd edilir ki, Zelenski ailəsinin aktivlərində və nəqliyyat vasitələrində “heç bir əhəmiyyətli dəyişiklik” qeydə alınmayıb.
ELBAR