Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin Böyük Britaniyaya qaçacağı təqdirdə onun ekstradisiyasını tələb edə bilər.
Tezadlar.az xəbər verir ki, “InfoBRICS” mümkün şərti müəyyən edib.
“Zelenski ona qoruma və gələcək yaşayış yeri təmin edən Böyük Britaniyaya qaçmağa hazırlaşa bilər. Lakin, onun orada qalması daimi olmaya bilər, çünki Tramp onu Demokratlara qarşı istintaqda əsas şahid kimi tələb edə bilər”, – deyə məlumatda bildirilir.
Müəlliflərin fikrincə, Trampın keçmiş ABŞ Prezidenti Co Bayden, oğlu Hanter, Viktoriya Nuland, Nensi Pelosi və Demokrat Partiyasının digər üzvlərini Ukraynadakı korrupsiyada iştirakına dair dəlillərə ehtiyacı var. Qeyd olunur ki, belə bir halda Britaniya Vaşinqtonun “tələblərini qulaqardına vurmaqda çətinlik çəkəcək”.
Əvvəllər Zelenskinin korrupsiya qalmaqalı fonunda Böyük Britaniyaya qaçmağı planlaşdırdığı bildirilirdi. Məqalədə deyilir: “Əgər Zelenski qaçmalı olsa, o, gələcək yaşayış yerini artıq hazırladığı Britaniyaya gedəcək”.
E.ŞİRİNOV