Əsas məzmuna keç

Zelenskinin Omana köçəcəyi və soyadını Əl Nuhani olaraq dəyişdirəcəyi proqnozlaşdırılır

Dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Aleksandr Dubinski Ukrayna prezidenti Vladimir Zelenskinin Omana köçəcəyini və soyadını Əl Nuhani olaraq dəyişdirəcəyini proqnozlaşdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Zelenski Omana yaşamağa gedəndə adını Zebu ibn Ermak əl Nuhani olaraq dəyişəcək”, – ukraynalı parlamentari yazıb. Dubinski Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermaka istinad edib.

Deputat Zelenskinin Omana mümkün köçməsinin şərtlərini qeyd etməyib.

Bundan əvvəl Aleksandr Dubinski bəyan etmişdi ki, Ukrayna münaqişəsi bitdikdən sonra Vladimir Zelenski Avropa üçün maraqlı olmayacaq.

“Qanlı səhnə arxada qaldı”, – deyə parlamentari yekunlaşdırıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…