Zelenskinin seçkilərdə əsas rəqibi kim olacaq?

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeriy Zalujnı prezident seçkilərində Vladimir Zelenskinin əsas rəqibi olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə köşə yazarı Mark Nexon “Le Point” üçün məqaləsində yazıb.

Onun sözlərinə görə, son aylar Ukraynada seçki mövzusu yenidən aktuallaşıb. Buna səbəb Vaşinqtonun prezident seçkilərinin keçirilməsini tələb etməsi, Moskvanın isə səlahiyyət müddəti başa çatan liderlə işləməkdən imtina etməsidir.

“Vaşinqton Kiyevi prezident seçkilərini mümkün qədər tez keçirməyə çağırsa da, Ukrayna qoşunlarının keçmiş komandanı Valeri Zalujnı öz imicini təkmilləşdirir”, – məqalə müəllifi qeyd edib.

Analitik qeyd edib ki, bu halda seçkilər indi keçirilsəydi, hərbçilərin 90%-i keçmiş baş komandana səs verəcəkdi. O əlavə edib ki, Zelenski Zalujnı ilə rəqabətdən qorxur.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna lideri ilə hərbi komandir arasında münasibətlər 2023-cü ildə Zalujnının xarici mətbuatda dərc olunan məqalələri fonunda pisləşməyə başlayıb.

ELBAR

Xəbəri paylaş

20 İyul