…2025- ci ilin 23 avqust tarixində Kəpənəkçi kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, tədbir “Kəpənəkçi Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutacaq. Məlumatda bildirilir ki, yubiley tədbiri 23 avqust saat 15:00-da Kəpənəkçi kəndində yerləşən “Tural” şadlıq sarayında keçiriləcək. Tədbirdı Azərbaycandan da şair və mədəniyyət xadimlərinin iştirak edəcəyi bildirilir.
A.Məmmədli







