Zəlzələnin nəticələri ilə əlaqədar bir həftəlik matəm elan edilib

Myanmada zəlzələnin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edilib.

Tezadlar.az xəbər verir ki, bunu baş nazir Min Aunq Hlainq deyib.

“Bu günlərdə dövlət bayrağı yarıya qədər dalğalanmalıdır”, – baş nazir bildirib.

Qeyd edək ki, cümə günü, martın 28-də Myanmada zəlzələ baş verib. Yeraltı təkanların mənbəyi Tailandın Ratçaburi əyaləti yaxınlığında yerləşib. Son məlumatlara görə, Myanmada zəlzələ nəticəsində 1,7 min insan həlak olub, daha 3,4 min nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.

Tailandın paytaxtı Banqkokda 17 nəfər ölüb, 32 nəfər yaralanıb.

ELBAR

Xəbəri paylaş