Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2026 / 22:52

Zəngilan və Cəbrayılda məşğulluq görüşləri keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı çərçivəsində sakinlərlə növbəti görüşlər keçirib.

Tezadlar.az xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Zəngilan rayonuna yeni köç etmiş sakinlərlə görüşlərdə onların peşə bacarıq və təcrübələri, eləcə də maraq dairələrinə uyğun fəaliyyət istiqamətləri müəyyən edilib, məşğulluq imkanları qiymətləndirilib. Həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb.

Cəbrayılda isə 25 vətəndaş və bir işəgötürənin iştirakı ilə görüşlər keçirilib. Rayon mərkəzində, həmçinin Horovlu və Şükürbəyli kəndlərində baş tutmuş görüşlərdə vətəndaşların peşə bacarıqları qiymətləndirilib, onların məşğulluqlarının təminatı istiqamətində müvafiq işlər aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!