Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2026 / 22:03

Zibillikdə tapılan avtomobilin sahibi müəyyənləşdi

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində, Şuşa şəhərciyi ərazisində maraqlı hadisə qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, ərazidə yerləşən zibillikdə “Chevrolet Cobalt” markalı minik avtomobili aşkarlanıb.

Avtomobilin üzərində dövlət qeydiyyat nişanı yoxdur, şüşələrinin bir hissəsi isə sınıq vəziyyətdədir.

Sakinlərin verdiyi məlumata görə, nəqliyyat vasitəsi uzun müddətdir ki, həmin ərazidədir. Avtomobilin kimə məxsus olduğu hələlik məlum deyil.

Avtomobilin sahibi və ya onunla bağlı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara müraciət etmələri xahiş olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!