Əsas məzmuna keç

Zirədə 21 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, nəticədə Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən bağlar massivindəki yarımtikilidə ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Narkotik vasitənin Ablasanov Seyran Tehran oğluna məxsus olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…