Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 Avqust 2026 / 14:33

1 saylı ASAN Xidmətdə generalın qızının adına saxta sənəd hazırlanıb, imzalanıb və…

…Hər birimiz gündəlik həyatımızda ən çox güvəndiyimiz, şəffaflığına şübhə etmədiyimiz qurum kimi ASAN Xidməti görürük. Amma təəssüf ki, bəzən bir nəfərin məsuliyyətsizliyi və şəxsi tamahı bütöv bir sistemin adına kölgə salır, vətəndaşın etibarını sarsıdır. General-mayor Natiq Əliyevin qızı, özü də bir mediator kimi cəmiyyətdə insanlara hüquqi məsələlərdə kömək edən, ədalətin tərəfində duran Türker Əliyeva tam da belə bir dəhşətli haqsızlıqla və özbaşınalıqla üz-üzə qalıb.
Məsələ burasındadır ki, 4 iyul 2024-cü il tarixində Sumqayıt şəhərində yerləşən 1 saylı ASAN Xidmət Mərkəzində Türker xanımın heç bir iştirakı, xəbəri və razılığı olmadan onun adına sənədlər rəsmiləşdirilib, yerinə imza atılıb. Bir insanın xəbəri olmadan adına sənəd düzəldilməsi və imza atılması sadəcə qanunsuzluq deyil, vətəndaşın hüquqlarına qarşı açıq-aşkar hörmətsizlikdir!
Türker xanım bu saxtakarlığın ardınca düşəndə və mərkəzə müraciət edib məsələni araşdıranda daha böyük bir şok yaşayıb. Məlum olub ki, bu qanunsuzluğu Daşınmaz Əmlakın Qeydiyyatı Şöbəsinin Bünyamin adlı əməkdaşı törədib. Həmin şəxs qanunsuz hərəkət etdiyini etiraf edərək, bu saxtakarlığın müqabilində 15 min manat pul aldığını da gizlətməyib. Dövlət müəssisəsində bu cür rahatlıqla saxtakarlıq edilməsi və vətəndaşın adına özbaşına iş görülməsi adamı dəhşətə gətirir.
Əlbəttə ki, hüquqlarını gözəl bilən Türker xanım bu haqsızlığa qarşı susmayıb və dərhal haqq mübarizəsinə başlayıb. O, baş verən bu biabırçılıqla bağlı Sumqayıt 1 saylı ASAN Xidmət Mərkəzinin rəhbəri Kəmalə Rəhimovaya, Baş Prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova rəsmi şikayət ərizələri təqdim edib.
Bu gün Türker xanımın apardığı mübarizə təkcə öz tapdanmış hüquqlarını bərpa etmək üçün deyil. Bu, həm də sabah hər birimizin eyni vəziyyətlə qarşılaşmaması, vətəndaşın adından bu cür rahatlıqla saxta işlər görülməməsi üçündür.
Türker Əliyevanın bu cəsarətli və prinsipial mövqeyi təqdirəlayiqdir. İnanırıq ki, hüquq-mühafizə organları bu məsələni ciddi nəzarətə götürəcək, vətəndaşın etibarından sui-istifadə edən həmin əməkdaş və bu işdə əli olanlar qanun qarşısında en sərt şəkildə cavab verəcəklər!
Sima BABAYEVA,
araşdırmaçı-yazar
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!