10 ayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 11 867,1 milyon manat olub.

Tezadlar.az  Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 8 938,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 158,7 manatlıq və ya 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə nominal ifadədə 159,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xəbəri paylaş

Xəbər lenti