Amsterdam ictimai yerlərdə ət məhsullarının və qazıntı yanacağına əsaslanan mal və xidmətlərin reklamını qadağan edən dünyada ilk paytaxt şəhəri oldu.
Tezadlar.az xəbər verir ki, 1 may tarixindən etibarən şəhərdəki reklam lövhələrindən, tramvay dayanacaqlarından və metro stansiyalarından burgerlərin, benzinlə işləyən nəqliyyat vasitələrinin və uçuşların təsvirləri yığışdırılıb.
Əvvəllər şəhərin ən işlək ərazilərində görülən toyuq parçaları, SUV-lər və aşağı büdcəli tətil paketləri reklamları Rijksmuseum kimi milli muzeylər üçün elanlar və konsert reklamları ilə əvəz edilib.
Şəhər rəsmiləri bu qərarın Amsterdamın 2050-ci ilə qədər karbon neytralına çevrilməsi və yerli ət istehlakını yarıya endirmək məqsədləri ilə uyğun gəldiyini bildiriblər.
E.ŞİRİNOV
Bu ölkədə ət və qazıntı yanacağı reklamları qadağan edildi





