Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Futbol üzrə Azərbaycan Kubokunun mükafatlandırma mərasimi baş tutub.
Tezadlar.az xəbər verir ki, final qarşılaşmasından sonra qalib və mükafatçılara kubok və medallar təqdim olunub.
Mükafatları AFFA-nın prezidenti Rövşən Nəcəf, qurumun baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.
Ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olan “Sabah” komandasına qızıl, “Zirə”yə isə gümüş medallar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub.