Əsas məzmuna keç

“Barselona”nın futbolçusu Fermin Lopes əməliyyat olunacaq

fermin lopes pervyj ispanec oformivshij het trik za barselonu v epohu ligi chempionov

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya La Liqasının XXXVII turunda “Betis”ə qarşı keçirilən matçda zədələnib.

Tezadlar.az xəbər verir ki, həkim müayinəsindən sonra 23 yaşlı futbolçunun sağ ayağının beşinci daraq sümüyündə sınıq aşkarlanıb.

İspaniyalı yarımmüdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilib.

Qeyd edək ki, “Barselona” “Betis”lə keçirilən ev oyununda 3:1 hesabı ilə qələbə qazanıb.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…